İngiltərə çempionatının "Kardiff Siti" komandasının məşqçisi Erol Bulut sabah Türkiyəı yığmasını Kardiffdə çətin atmosferin gözlədiyini deyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Erol Bulut UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunun son matçında Türkiyənin Uels millisi ilə oyunu haqda danışıb.

O, Türkiyə yığmasının Almaniyanı məğlub etdiyi oyunda çox yaxşı oyunadığını bildirib: "Almaniya matçına baxdım, çox qürurlandım. Sanki evdə oynayırdıq. Stadionun yarıdan çoxu türk azarkeşlərlə dolu idi. Qarşılaşmada əla çıxışla 3:2 hesabı ilə qalib gəldik".

Bulutun sözlərinə görə, uelsli jurnalistlər mətbuat konfranslarında bir neçə dəfə Uels-Türkiyə matçı ilə bağlı ona sual veriblər: "Mən onlara dedim ki, bəli, vacib matçdır, amma daha önəmlisi sizin Ermənistan matçıdır. Ermənistan matçında qalib gəlməlisiniz ki, Türkiyə ilə oyun daha önəmli olsun sizin üçün. Əslində belə oldu, onlar ermənilərlə  heç-heçə etdilər. Arzumuz qrupu lider kimi bitirməkdir, ona görə də Montella çərşənbə axşamı günü yaxşı 11-lik meydana çıxaraq, burada qalib gəlmək istəyəcək. Heç-heçə olarsa, biz yenə lider kimi bitirəcək, heç olmasa heç-heçə deyək. Məncə yaxşı matç olacaq, Uels pis komanda deyil. Adətən 5-3- 2 sistemlə oynayırlar. Düşünürəm ki, bizə qarşı da o sistemlə oynayacaqlar. Evdə yaxşı çıxış edirlər. Burada Xorvatiyaya 2-1 qalib gəldilər".

Milli Futbol Komandasının çox yüksək potensiala malik olduğunu vurğulayan Bulut "Türkiyə AVRO 2024-də hansı mərhələyə gedə bilər?" sualına cavab belə verib: "Montella ilə Xorvatiya, Latviya və Almaniya ilə son 3 matçımıza baxanda, ümidimiz artır. Hazırda Montella vaxtilə “Adana Dəmirspor”da istifadə etdiyi sistemə yaxın sistemlə Milli Komandanı çalışdırır. Məncə, Almaniya matçındakı çıxışı ardıcıl davam etdirsək, AVRO-2024-də yarımfinala çıxa bilərik".

Fərid

MİA.AZ