"Fənərbağça"nın məhsuldar oyunçusu Sebastyan Şimanski "Mançester Yunayted"in "transfer radarı"na düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qırmızı şeytanlar” polşalı ulduzu heyətinə qatmaq üçün 30 milyon avro pulundan keçməyə hazır olduğunun siqnalını verib.

İngiltərə mətbuatının məlumatına görə, "Mançester Yunayted"  ara transfer dönəmində İstanbul klubun qapısını döyəcək: "Güman ki, "Fənərbağça" təklif olunan yüksək məbləğə görə onu satışına yaşıl işıq yandıracaq".

Xatırladaq ki, Şimanski bu mövsüm "Fənərbağça"nın heyətində 21 matçda forma geyinib. Polşalı ulduz bu matçlarda 9 qol vurub, 7 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ