Çempionlar Liqasında "Qalatasaray"la qarşılaşacaq "Kopenhagen" klubunun rəhbərliyi azarkeşlərinə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Kopenhagen"in rəsmi saytında verilən məlumatda azarkeşlərdən 3 həftə sonra keçiriləcək oyun günü stadionda yerlərini tutmaları xahiş olunub.

Klub rəhbərliyi azarkeşlərdən əllərində olan biletləri əsla "Qalatasaray"a tərəfdarlarına satmamağı istəyib: ""Qalatasaray"ın “Mançester Yunayted” və “Bavariya” ilə səfər matçlarında “Qalatasaray” azarkeşlərinin rəqib komandaların azarkeşlərinə məxsus triibunada olduqlarını gördük. Sizdən istəyimiz budur ki, eyni halın bizimmlə oyunda təkrarlanmasına imkan verməyin. Hər kəs biletini qorusun və stadionda yerini tutsun".

Klub azarkeşlərdın "Qalatasaray"la oyunda komandfanındəsətəy böyük ehtiyacı olduğunu xüsusi vurğulayıb.

Fərid Aslan

MİA.AZ