Bu gün AVRO-2024-ün seçmə mərhələsində Belçika yığması Brüsseldə Azərbaycan millisini qəbul edib.

Mia.az xəbər verir ki, dövlət himnimizin gec səslənməsinə görə oyun bir neçə dəqiqə gec başlayıb.

Saat 21.00-da başlayan oyunda hesabı 17-ci dəqiqədə Lukaku baş zərbəsiylə açıb - 1:0

24-cü dəqiqədə isə yığmamızın oyunçusu Eddi İsrafilov ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bundan 2 dəqqiəs sonra Lukaku 2-ci qolu vurub - 2:0.

30-cu dəqiqədə isə o, 3-xcü qolu qapımızdan keçirib - 3:0.

Romelu Lukaku 37-ci dəqiqədə komandamızı yenə mərkəzə dəvət edib - 4:0.

İlk hissə bu hesabla başa çatıb.

90-cı dəqiqədə Leandro Trossard 5-ci qollu vurub və oyun bu heasbla bitib.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

Fərid

Mia.az