"Fənərbaxça"nın hələ mövsümün başında transfer etmək istədiyi Timo Vernerə Almaniya klubu "Leypsiq"in rəhbərliyi açıq şəkildə "Özünə yeni klub tap!" deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Leypsiq" 27 yaşlı futbolçuya əsas heyətdə ona yer olmadığını deyərək, gələn transfer təkliflərinə "isti yanaşması"nı tapşırıb.
Klubun İdman direktoru Rouven Schröder bu xəbəri təsdiqləyib: "Bəli, biz Vernerdən özünə klub tapmasını istədik. İlk 11-lik üçün digər oyunçuları nəzərdən keçiririk. Əgər klubun belə bir planı varsa, o, bunu anlamalıdır. O, öz yoluna getməlidiri".
Xatırladaq ki, 27 yaşlı futbolçunun adı “Fənərbağça” ilə hallanır.
Onu da qeyd edək ki, Timo Verner 2016-cı ildə 23 milyon avroya "Leypsiq"ə keçmişdi. 2020-ci ildə "Çelsi", "Liverpul" ilə yarışda qalib gəldi və Verneri 53 milyon avroya transfer etdi. Ancaq İngiltərə komandasında gözlənilən oyunu oynaya bilməyən tapa bilməyən 27 yaşlı hücumçu 2022-ci ildə 20 milyon avro qarşılığında yenidən "Leypsiq"ə qayıdıb.
Verner Almaniya millisində keçirdiyi 57 oyunda 24 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ