"Trabzonspor" müqaviləsi mövsümün sonunda başa çatacaq yunan futbolçu Anastasios Bakasetas yola davam etmək niyyətində deyil.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ara transfer dönəmində Bakasetas üçün gələn təklifləri dəyərləndirəcək.
Məlumata görə, klub rəhbərliyi bu mövsüm zəif çıxış edən yunan futbolçu ilə yola davam etmək istəmədiyi üçün onu satışına müsbət yanaşacaq: "Hətta demək olar ki, klub indidən onu satışa çıxarıb. Çünki ara trensefer dönəmində onu sata bilməsələr, yayda müqaviləsi bitən kimi, o, kluba pul qazandırmadan ayrılacaq. Klub rəhbərliyi də bunu nəzərə alaraq ara transfer dönəmində onun satışını reallaşdırmağa çalışacaq".
Xatırladaq ki, yunan qolçu bu mövsüm 10 matçda cəmi 3 qol vurub.
Fərid
MİA.AZ