Məşhur televiziya proqramçısı və aparıcısı Metin Uca ötən gecə vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bir müddət əvvəl Kocaelinin Dilovası rayonunda keçirdiyi qəzadan sonra Kartal Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunurdu.

Məlumata görə, durmu düəzəlməyə doğru gedən 62 yaşlı aparıcının səhhəti qəfildən pisləşib: "Həkimlərin səyinə baxmayaraq, reanimasiyada olan aparıcını həyata döndərmək mümkün olmayıb".

Bu ara bəlli olub ki, 62 yaşlı aparıcı tənha yaşayırmış. Onun ailəsi olmayıb.

Aparıcı ölümündən bir əvvəl isə yerli mətbuata vəsiyyətini açıqlayıb: "Bura azad bir ölkə olsaydı, yandırılıb ölmək istəyənlərə hörmət olardı. Amma təəssüf ki, belə bir şansımız yoxdur. Meyitimin yandırılaraq külümün İstanbul boğazına səpilməsini istəyirəm. Təəssüf ki, belə bir şansım yoxdur. İkiüzlü dəfn mərasimlərini isə istəmirəm...".

Xatırladaaq ki, aparıcı, yazıçı, səs aktyoru Metin Uca 13 noyabr 1961-ci ildə anadan olub. Atası Hakkaridən, anası Biləcikdəndir. Kimya mühəndisliyi, geologiya mühəndisliyi və teatr təhsili alan Uca 1987-ci ildə Anadolu Agentliyində müxbir kimi fəaliyyətə başlayıb. 1989-cu ildə TRT-yə keçən Metin Uca daha sonra Kanal D, Show TV, ATV, Star TV kimi qurumlarda müxbir və aparıcı kimi çalışıb.

Ləman

MİA.AZ