"Beşiktaş"da məşqçisi vəzifəsindən istefa verən Burak Yılmaza qarşı klubdan daha bir həmlə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın Gimnastika Klubu Seçmə və Qeydiyyat Şurasının üzvü Gizem Uslu Akın Yılmazın klub üzvlüyünün ləğvi üçün ərizə verəcəyini deyib.

O, Burak YYılmazın kluba qarşı son müsahibəsini oxuduğunu qeyd edərık, bildirib ki, bundan sonra onun klubla bütün "ipləri" qopmalıdır: "Bu davranışlarına görə, o, "Beşiktaş" üzvlüyündən uzaqlaşdırılmalıdır. Sabah bunun üçün ilk işim İntizam Şurasımıza müraciət etmək olacaq".

Xatırladaq ki, Burak Yılmaz müsahibəsində "Beşiktaş" və onun hücmçusu Aboubakarla bağlı sensasiyalı iddialar irəli sürüb və "Kaş ki, bu kluba gəlməyəydim" deyib.

Fərid

MİA.AZ