Ötən həftə “Beşiktaş”ın məşqçiliyindən istefa verəm Burak Yılmaz diqqət çəkən açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burak Yılmaz "Milliyet" qəzetinə müsahibəsinə sensasiyalı iddialar səsləndirib.
O, müsahibəsində komanda daxilində ciddi problemlərin olduğuna diqqət çəkib: "Hətta içimdə kaş ki, gəlməyəydim deyə düşünürəm".
Yılmaz komandanın hücumçusu Aboubakarın son günlər xəstəlik və zədə səbəbindən buraxdığı matçlardan danışıb: "Kamerunlu hücumçumuz 4 ay sonrakı maaşını klubdan istəyib. O, bu pulun qabaqcadan ona ödənilməsini tələb edib. Lakin istəyi rədd olunandan sonra tez-tez zədə və xəstəliyi ortaya çıxdı. Bu barədə deyilənlərin izahını "Beşiktaş" idarəçilərinin öhdəsinə buraxıram".
Burak Yılmaz "Beşiktaş" və Şenol Günəşin ona məşqçilik karyerası üçün qapı açdığını xatırladıb və buna görə minnətdarlıq edib.
"Beşiktaş" klubu isə Burak Yılmazın kamerunlu hücumçu ilə bağlı iddialarını təkzib eidb.
Fərid
MİA.AZ