Rusiyada "Google" axtarış sistemi növbəti dəfə cərimələnib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, axtarış sisteminə rusiyalı istifadəçilərin hesablarını qeydə almaqdan yayındığı üçün 15 milyon rubl (təxminən 165 min dollar) cərimə kəsilib.
Məlumata görə, bu barədə Moskva məhkəməsə qərar verib.
Xatrladaq ki, bundna əvvəl də oxşar məhkəmə qərarları ilə "Google" cəzalandırılıb.
Onu da qeyd edək ki, "google"nin Rusiyadakı törəmə şirkəti maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.
Firudin Səfərli
MİA.AZ