İstanbulda daha bir nüfuzlu mafiya kimi tanınan "Sarallar” mütəşəkkil cinayətkar dəstəsi çökdürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

O bildirib ki, Özgür Saralın başçılıq etdiyi "Sarallar" kimi tanınan mütəşəkkil cinayət qrup "Qəfəs əməliyyatları" çərçivəsində çökdürülüb: "Əməliyyatla 24 nəfər qandallanıb. Xalqımın rahatlığını pozanlara hıyatı dar edəcəyik".

Xatırladaq ki, "Sarallar" çetesi əssən İstanbulda nüfuzlu olub. Mafiya və onun lideri Özgür Saralı adı bir çox cinayətlərdə adı hallanıb.

Firudin Səfərli

MİA.AZ