AVRO-2024-ün biletini alan Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella İtaliya mətbuatına açıqlama verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, azarkeşlərin sevimlisinə çevrilən təcrübəli məşqçi Türkiyə Futbol Federasiyasının (TFF) ondan iki tələbinin olduğunu etiraf edib: "TFF məndən əvvəl AVRO 2024, sonra isə Dünya Çempionatına vəsiqə qazanmağımızı istədi. Əlbəttə, bu, həm də mənim hədəfimdir. Bu komandaya qalib komanda mentaliteti gətirəcəyəm. Səhər oyandığım andan gecə yatmağa gedənə qədər bu məsuliyyəti hiss edirəm. Burada futbola olan həvəs inanılmazdır. Küçədə məni saxlayıb öpürlər, təşəkkür edirlər. Mənə belə davranan bir xalq üçün əlimdən gələni etmək istəyirəm”.

Fərid

MİA.AZ