Trendyol Super Liqasının 12-ci həftəsində "Adana Dəmirspor" öz meydanında "Fənərbağça"nı qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Beləliklə, "Qalatasaray"ın "Hatayspor"a 2-1 hesablı məğlubiyyətindən sonra xal fərqini artırmaq istəyən "Fənərbağça" bu şansdan yararlana bilməyib.
Bu oyundan sonra xalını 31-ə yüksəldən "Fənərbağça" top fərqi üstünlüyü ilə həftəni lider olaraq tamamlayıb.
Ev sahibi “Adana Dəmirspor” isə 22 xalla liqada 3-cü pilləyə yüksəlib.
Yeri gəlmişkən, bu oyunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella tribunadan canlı izləyib. Adana azarkeşləri onu alqışlarla qarşılayıblar.
Fərid ASLAN
MİA.AZ