TV100 və digər biznes subyektlərinin sahibi olan Acun Ilıcalı İrlandiya Premyer Liqa komandalarından olan "Şelburn"dakı səhmlərini satıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun mencerləri açıqlama yayıb.
Bildirilib ki, Acun Ilıcalı İrlandiya Premyer Liqa komandalarından olan "Şelburn"a daha hər hansı bir formada sərmayə dəstəyi verməyəcək: "Yaxın gələcəkdə futbol sahəsindəki sərmayələrimizi başqa bir ölkədə reallaşdırmağı planlaşdırırıq. Bu günə qədərki əməkdaşlığa görə "Şelburn" ailəsinə təşəkkür edirik".
Xatırladaq ki, Acun Ilıcalının səhmlərini aldıqdan sonra "Şelburn" liqada 19 matçda 9 qalibiyyət, 8 heç-heçə və 2 məğlubiyyət alıb.
Klub İrlandiya Premyer Liqasında lider "Şemrok Rovers"dən 12 xal geri qalaraq 4-cü yerdə qərarlaşıb.
Onu da qeyd edək ki, İrlandiya liqasında mövsüm yeni bitib.
Fərid ASLAN
MİA.AZ