Trendyol Superliqasının 12-ci həftəsində "RAMS Başakşehir"i 1:0 hesabı ilə məğlub edən "Beşiktaş"ın yeni baş məşqçisi Rıza Çalımbay qələbənin gələcək oyunlarda ruh yüksəkliyi yaradacağını deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra mətbuat konfransı keçirən Baş məşqçinin sözlərinə görə, komandadakı hazırkı böhranlı vəziyyətə son qoymaq üçün qazandıqları qələbə böyük əhəmiyyətə malikdir: "Komandamızın durumu yaxşı deyil, əlbəttə. Burada yeni qələbə və ruh yüksəkiliyi atmosferi yaratmaq üçün mütləq bu oyunda qalib gəlməli idik. Bu, mənim və komandam üçün çox vacib idi. Dünən klubun bazasına getdim və birgə məşq etdik. Komandadakı oyunçularda bədbinlik gördüm. O səbəbdən, bu, qələbə əla motivasiya olacaq. Liqada bizdən qabaqda olan komandalara yetişmək üçün daha çox oyun qazanmalıyıq".
Çalımbay deyib ki, komandada zədələi oyunçular çoxdur: "Bu gün biz çox çatışmazlıqlarla oynadıq. Azarkeşlər əla dəstək verdilər. İnşallah, bundan sonra daha yaxşı olacağıq. Daha çox matçlarda qalib gəlmək lazımdır. Qarşıda hələ uzun yolumuz var. Yığmaların oyununa görə yaranacaq fasilədən maksimum yararlanmağa çalışacağıq. Hazırda komandada 5-6 əsas oyunçumuz zədələdir. Hamısı da eyni zədəni alıblar. Görünür, çox yükələniblər. Əslində, belə olmamalıydı".
Mövsümün əvvəlində transfer olunan futbolçuların keyfiyyətli olduğunu bildirən Rıza Çalımbayın sözlərinə görə, ancaq onlar oyunlara fiziki baxımdan hazır deyillər: "Transfer olunan futbolçular yaxşıdır. Ancaq hazır deyillər. Hazır olsaydılar, tamam başqa cür olardılar. Aşağı tempdə oynamaları da buna görədir. Onlar bura hazır gəlməyiblər. indi oyunçulara üç gün istirahət icazəsi verdim. Daha sonra məşqimizi edəcəyik. Yoldaşlıq görüşlərimiz olacaq. Onların tempini artırmaq lazımdır. Bu futbolçuları yaxşı vəziyyətə gətirəcəyik".
18 ildən sonra yenidən "Beşiktaş"da oynamağa başlayan Çalımbay azarkeşlərin ona verdiyi dəstəkdən çox xoşbəxt olduğunu dilə gətirib: "Çox xoşbəxtəm. Azarkeşlər mənə inanılmaz dəstək verdilər. Sizə çox təşəkkür edirəm, çox. Oynadığım vaxtları xatırlayıram. Çox gözəl gündür".
Fərid ASLAN
MİA.AZ