"Atakaş Hatayspor" Trendyol Super Liqasının 12-ci həftəsində qəbul etdiyi "Qalatasaray"ı məğlub edib.
Mia.az xəbər verir ki, Volkan Demirəlin komandası Okan Burukun komandasını evə əliboş göndərib - 2:1.
Bununla "Atakaş Hatayspor" həm də "Qalatasaray"ın 11 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
"Hatayspor"un qollarını 14-cü dəqiqədə Rivas, 55-ci dəqiqədədə Lamkel, "Qalatasaray"ın qolunu isə 28-ci dəqiqədə Zaha vurub.
Beləliklə, 3 matçdan sonra qalib gələn "Hatayspor" xalını 17-yə çatıdırb. "qalatasaray"ın isə 31 xalı var.
Fərid
MİA.AZ