"Qırmızı bülleten"lə axtarılan məşhur narkomafiya lideri İstanbulda saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər naziri Ali Yerlikaya açıqlama yayıb.

Onun sözlərinə görə, əməliyyatla İtaliya və Albaniya tərəfindən qırmızı bülletenlə axtarışda olan və Cənubi Amerikadan Avropaya narkotik daşıyan "Kompanio Bello" adlı narkomafiyanı məşhur lideri Dritan Rexhepi qandallanıb.

Nazir bildirib ki, İtaliya və Albaniyanın ədliyyə orqanları tərəfindən Dritan Rexhepə qəsdən adam öldürmə, narkotik maddə satışı, adam oğurluğu, silah qaçaqmalçılığı, sənəd saxtakarlığı və sair maddələrlə cinayət işi açılıb: "Beynəlxalq səviyyədə axtarılan "zəhər taciri"nin İstanbul Hava Limanından Kolumbiya pasportu və  "Benjamin Omar Perez Garcia" adı ilə ölkəmizə daxil olduğu müəyyən edildikdən dərhal sonra əməliyyat həyata keçirilib...". 

Nazir əlavə edib ki, Türkiyədə mafiya və narkotacirlərə qarşı amansız mübarizə davam edir: "Ölkəmizi cinayət təşkilatlarından təmizləyəcəyik".

Tahir Şəlvəli

MİA.AZ