Bbu gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu çərçivəsində "Qarabağ” Bakıda Almaniyanın “Bayer 04” komandası ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 21.45-də başlayan oyunun ilk hissəsində hesab açılmayıb.
90+3-də almanlar penalti qazanıblar.
Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək hesabı açıb - 0:1.
Bu oyundan sonra xalını 12-yə çatdıran "Bayer" lider kmi növbəti mərhələyə vəsiqəni təmin edib. "Qarabağ" isə 6 xalla 2-ci yerdə qalıb.
Fərid
MİAA.Z