UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ın Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.
Mia.az xəbər verir ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də başlayacaq.