"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son iki matçda matç heyətində yer almasına baxmayaraq, Arda Güləri niyə oynatmamasına aydınlıq gətirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ançelotti Portuqaliyanın "Braqa" komandasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında Arda Gülərlə bağlı sualları cavablandırıb.

O, sərfəli hesaba rəğmən, Ardanı niyə oyuna buraxmamasına belə izah verib: "Ona çox diqqət yetiririk. İki ciddi zədədən sağalıb. Təxminən bir həftədir komanda ilə məşqlərdə iştirak edir. Arda 100 faiz hazır olanda, meydanda olacaq".

Xatırladaq ki, İspaniya mətbuatı 61-ci dəqiqədə 3-0 önə keçən və 5 futbolçunu dəyişmək hüququndan istifadə etməsinə baxmayaraq Arda Gülərə şans verməyən Karlo Ançelottinin qərarını tənqid edib.

Fərid

MİA.AZ