UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.
Mia.az xəbər verir ki, “Qalatasaray” Almaniyada “Bavariya” ilə qarşılaşıb.
Oyunda almanlar qalib gəliblər.
Almaniya komandasının qollarını 81 və 86-cı dəqiqələrdə ingilis hücumçu Harri Keyn vurub. "Qalatasaray" 90+3. dəqiqədə Sedrik Bakambunun qolu ilə fərqi 1-ə endiriblər.
"Sarı-qırmızılı"ların müdafiə xətti 80-ci dəqiqəyə kimi demək olar ki, qüsursuz oynasa da, hücum xətti tapdığı mövqelərin çoxunda effektli olmayıb.
Bu məğlubiyyətdən sonra "Qalatasaray" top fərqi ilə qrupunda 3-cü pilləyə düşüb.
"Bavariya" isə 4-cü qələbəsini qazanaraq 12 xalla liderliyini qoruyub və bununla da qrupdan çıxmasını təmin edib.
A qrupunun digər oyununda "Kopenhagen" "Mançester Yunayted"i 4-3 hesabı ilə məğlub edərək top üstünlüyü ilə 2-ci pilləyə yüksəlib.
"Qalatasaray" A qrupunda 5-ci matçını noyabrın 29-u çərşənbə günü "Mançester Yunayted"ə qarşı keçirəcək.
Onu da qeyd edək ki, bu qrupun digər qarşılaşmasında “Mançester Yunayted” Danimarkada “Kopenhagen”ə uduzub.
Axşam baş tutan matçlardan sonra 4 komanda - “Bavariya”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 finala vəsiqəni rəsmiləşdiriblər.
Qeyd edək ki, ötən gün “Mançester Siti” (İngiltərə) və “Leyptsiq”in (Almaniya) pley-offda iştirakı dəqiqləşib.
A qrupu
“Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 2:1
“Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.
B qrupu
“Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0
PSV (Niderland) – “Lans” (Fransa) 1:0
Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.
C qrupu
“Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya) 1:1
“Real” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.
D qrupu
“Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
“Zaltsburq” (Avstriya) – “İnter” (İtaliya) 0:1
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zaltsburq” – 3, “Benfika” – 0.
Fərid
MİA.AZ