"Beşiktaş"ın prezidenti Əhməd Nur Çəbi mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuat konfransında dekabrın 3-də keçiriləcək prezident seçkilərində namizəd olmayacağını rəsmən açıqlayan Çebi ailəsindən halallıq istəyərkən ağlayıb: "11 ildir birlikdə olmadığım ailəmdən haqq tələb edirəm. Haqqlarını mənə hallal eləsinlər...".
Gözləri dolan klub prezidenti daha sonra deyib: "Bu şərəfli vəzifəni mənə yaşatdıran bütün klub üzvlərinə dətəşəkkür edirəm. Kimisə bilmədən incitmişəmsə, üzr istəyirəm. Söyüş və fitnə-fəsad törədənlərdən başqa hamınıza mən də haqqımı halal edirəm".
Fərid Aslan
MİA.AZ