Oktyabrın 7-dən bu günə qədər İordan çayının qərb sahilində 24 jurnalist saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Jurnalistlər Birliyi açıqlayıb.
Məlumata görə, İsrail polisi bu gün işğal altındakı İordan çayının qərb sahilində daha 3 jurnalisti saxlayıb: "Bununla da oktyabrın 7-dən bu yana həbsdə olan jurnalistlərin sayı 24-ə yüksəlib".
Lamiyə Əhmədli
MİA.AZ