Türkiyədə lisenziyasız silah daşıyan və ya silah satışı ilə məşğul olanlara qaşrı əməliyyat bkeçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.
O bildirib ki, 66 şəhərdə keçirilən əməliyyatla icazəsiz silah daşıyan və ya satan 715 nəfər saxlanılıb: "Əməliyyatlar zamanı 526 sənədsiz tapança, 35 boş tapança, 10 uzunlüləli tüfəng və 58 sənədsiz ov tüfəngi olmaqla ümumilikdə 629 silah ələ keçirilib".
Firudin Səfərli
MİA.AZ