Noyabrın 7-də saat 5 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon Prokurorluğuna məlumat daxil olub.

Masallı rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.