Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.
Mia.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi səslənib.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun da yaranma günü kimi qeyd olunmağa başlayıb. 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Qeyd edək ki, bu gün ümumrespublika üzrə yerüstü yayımlanan 12 telekanal, 16 radio, 7 regional telekanal və 3 regional radio, Naxçıvanda isə 1 telekanal fəaliyyət göstərir.