"Fənərbağça" klubunin prezidenti Ali Koçun klubda keçirdiyi toplantıda gözlənilməz gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ali Koç çıxış edərkən klubun İdarə Heyətinin (İH) qocaman üzvlərindən olan Ogün Altıparmak oturduğu yerdən ona "Sənin kürəkənin "Qalatasaray"lı deyilmi?" replikasını atıb.

Bu replikaya qəzəblənən Ali Koç çıxşını yarıda kəsərək, onu toplantıdan qovub: "Sən nə demək istəyirsən? Ogün abi, bax, sənin yaşına hörmət edirəm, klubdakı tarixinə hörmət edirəm, ağzımı açmıram. Hörmətli ol. Ogün abi, bu toplantını tərk etsən, çox sevinərdim. Sizin və sizin kimi insanların ucbatından bu klub daima dibə sürüklənir”.

Koç daha sonra Ogündən toplantını tərk etməsini təkrar tələb edib.

Bunun qarşılığında o, iclas salonunu tərk edərkən deyib: "Allah “Fənərbağçanı” sizin kimilərdən qorusun”.

Fərid

MİA.AZ