"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini "DÇ-2014" öncəsi fikirlərini bildirib.

 O, bu turnirdə hansı komandanın çempion olacağını söyləməyin çətin olduğunu deyib: "Məncə yarımfinala yüksələn dörd yığmadan üçü Cənubi Amerika təmsilçisi olacaq".

 Təcrübəli mütəxəssis Cüzeppe Rossinin İtaliya millisinin yekun heyətində yer almaması haqda da danışıb: "Zədəsi sağaldıqdan sonra Rossi cəmi bir matçda iştirak etmişdi. Buna görə də onun İtaliyanın heyətində olmaq şansları az idi".

qol.az