"Qalatasaray"la "Fənərbağça" arasında keçiriləcək Superkubok final oyununun tarixi dəyişib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Məlumata görə, 2023-cü il Turkcell Superkubok matçı dekabrın 30-da deyil, 29-da keçiriləcək: "2022-2023 mövsümü üzrə Super Liqa çempionu Qalatasaray və Ziraat Türkiyə Kuboku çempionu "Fənərbağça" arasında Super Kubok matçı 29 dekabr 2023-cü il cümə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılacaq. Oyun saat 20.45-də başlayacaq".
Xatırladaq ki, əvvəlki qərara əsasən, qarşılaşma 30 dekabr şənbə günü saat 20.00-da oynanılacaqdı.
Fərid
MİA.AZ