"Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi dekabrda keçiriləcək növbədənkənar ümumi qurultayda namizəd olub-olmayacağı ilə bağlı hələ qərar vermədiyini deyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, son qərarını gələn həftənin sonuna açıqlayacağını bildirib: "Hələ qərar verməmişəm, qərarımı həftənin sonuna qədər açıqlayacam. Şəxsi hisslərlə hərəkət etməyəcəyəm, hərtərəfli "bu haqda düşünəcəm. Mənim üçün ən önəmlisi klubun zərəır görməməsidir."Konqresdə heç bir tərəddüdüm yoxdur, girəcək olsam uduzsam da girərəm, qazansam da girərəm. Mən "Beşiktaş" üçün özümü yandıraram. AMma məsələ ailəmə, uşaqlarıma sıçrayanda, düşünmək məcburiyyətindəyəm. Məsələni ailəmin, uşaqlarımın üzərinə yönəldənləri yandraram. Ailəm və "Beşiktaş" mənim üçün qırmızı xəttdir...".

Fərid

MİA.AZ