"Santyaqo Bernabeu"nu təmir etdirən "Real Madrid" ümumilikdə 3 dəfə ayrı-ayrı qurumlardan böyük məbləğlərdə kredit götürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Prezident Florentino Peres klubun ümumi yığıncağında hesabat verib.
O bildirib ki, "Real Madrid" ümumilikdə 3 kredit götürüb: "Biz müxtəlif təşkilatlardan uzun müddətə ümumilikdə 1,6 milyard avro borc götürmüşük. Bu pulla stadionumuzun ot örtüyünün müasir üsullarla yenilənməsindən tutmuş, çox böyük dəyişikliklər həllini tapacaq. hesab edirəm ki, təmirdən sonra stadionumuz illik ən azə 300 milyon avro gəlir gətirəcək".
Fərid
MİA.AZ