Fransanın “Monpelye” komandasında çıxış edən və məşqdə baş məşqçi Mişel Der Zakaryanla əlbəyaxa davalaşan Mamadu Saxo komandadan ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü paylaşım edib.

33 yaşlı təcrübəli futbolçu bildirilib ki, keçən həftə məşqdə məsuliyyət daşımadığı xoşagəlməz hadisədən qonra komandada qalmasını qüruruna sıxışdırmır: "11.02.2019 tarixində  gəldiyim "Montpelye" klubu ilə əməkdaşlığımı dayandırmaq qərarına gəldim. Bu iki ili ailəm kimi sevdiyim komandada yüksək təcrübələrimi komanda yoldaşlarımla bölüşməkdən zövq aldım. Bu zövqə görə klub prezidentinə təşəkkür edirəm".

Fərid Aslan

MİA.AZ