"Qalatasaray"ın "Tottenhem"dən transfer etdiyi Tanguy N'Dombele  ilə baş mıəşqçi Okan Buruk arasında gərginlik böyüyüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçunun məşqlərə soyuq yanaşması və bu səbəbdən çəkisinin xeyli artmasından narahat olan Okan Buruk ona əlavə qida qadağası qoysa da, o, buna əməl etməyib.

Məlumata görə, Çempionlar Liqasının oyunu çərçivəsində "Bavariya" ilə matçından sonra oteldə hamburger yemək istəyərən futbolçunun saymazyana hərəkəti Okan Buruku qəzəbləndiirb. Elə oteldəcə mübahisə edən məşqçini klub rəsmiləri sakitləşdirib. 

Xəbərdə deyilir ki, "Qalatasaray"ın yayda İngiltərənin "Tottenhem" komandasından heyətinə qatdığı N'Dombele gəldiyi gündən gözlənilən performansı göstərə bilməyib. Superliqada cəmi 4 matçda 93 dəqiqə oynamaq şansı qazanan 26 yaşlı futbolçu tənqid hədəfi olmaqda davam edərkən, xüsusilə fiziki hazırlığı və artıq çəkisina görə sərt tənqid olunur: "Ona açıq deyilib ki, çəkisi 6 kilo azalmalı və 75 kiloya enməlidir. Əks halda oynaya bilməyəcək".

Fərid

MİA.AZ