Azərbaycan Beynəlxalq Radiosu noyabrın 1-də Qarabağda 24 saatlıq yayım rejiminə keçib.
Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qeyd edilib ki, hələlik yalnız Qarabağda 101.1 FM dalğasında yayımlanır. Yaxın gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Radiosu 1941-ci ildə yaradılıb.