Audiovizual Şura “Xəzər” televiziyasının efirində ekspertlə sosial problemə görə studiyaya gəlmiş şikayətçi arasında baş verən davaya münasibət bildirib.
Mia.az xəbər verir ki, şuranın məlumatına görə, monitorinq nəticəsində proqramın gedişatında xoşagəlməz halın yaşandığı təsdiqlənib: “Amma aparıcı və əməkdaşlar vəziyyəti sakitləşdirməyə çalışıblar. Yayımçı tərəfindən qanunvericiliyin pozuntusu halı da baş verməyib. Şura tərəfindən yayımçıya belə halların baş verməməsi ilə bağlı zəruri tövsiyə verilib. Bənzər proqramlarda belə hallar baş verir. Amma əsas odur ki qanunvericilik pozuntusu baş verməsin. Sözügedən yayımçıya hər hansı cəza tətbiq edilə bilməz, çünki pozuntu halı aşkarlanmayıb”.
Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert Anar Vəziroğlu ilə sosial probleminə görə efirə çıxan şəxs arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Tərəfləri verilişin digər qonaqları sakitləşdirib.