"Qəzzadakı bəzi əcnəbi əsirlər tezliklə azad ediləcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlama yayıb.
Açıqlamada deyilir ki, oktyabrın 7-dən qəfil hücumla əsir götürdükləri əcnəbi vətəndaşların bəzilərini buraxmağa hazırlaşırlar: "Onları Qəzzada saxlamaq istəmirik. Bu haqda vasitəçilərə məlumat verilib. Gərəkli danışıqlar gedir".
Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde videomüraciətində bu açıqlamanı təsdiqləyib: "Yaxın zamanda İsrail vətəndaşları olmayan əcnəbi əsirləri buraxacağıq".
Sözçü etiraf edib ki, artıq ısirləri saxlamağa çətinlik çəkirlər. Ancaq o, israilli girovları buraxmayacaqlarına işarə verib: "Əgər Benyamin Netanyahu bir aylıq müharibədən sonra bir əsirin azad edilməsi ilə öyünür və bayram edirsə, bu üsulla əlimizdə olan vətəndaşlarını xilas etməsi 20 il çəkəcək".
Firudin Səfərli
Mia.az