Trendyol Super Liqasının 10-cu həftəsində "Beşiktaş" "Qaziantep FK" ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" "Qaziantep FK"nı məğlub edib.
"Beşiktaş"ın qollarını 63-cü dəqiqədə Salih Uçan, 75-ci dəqiqədə isə Cenk Tosun vurublar - 2:0.
Onu da qeyd edək ki, 86-cı dəqiqədə "Beşiktaş"da Hadziahmetovic, 90+3-də isə "Qaziantep"dən Soyalp qırmızı kartla meydandan qovuilublar.
Bu oyundan sonra "Qaziantep FK" 9 xalda qalıb.
“Beşiktaş" isə 10 oyuna 19 xal toplayaraq, 4-cü yerdə qərarlaşıb.
Onu da qeyd edək ki, "Beşiktaş"da Tayyib Talha Sanuç və Əmrəcan Uzunhandan başqa, Artur Masuaku, Umut Meraş, Omar Colley, Daniel Amartey, Vincent Aboubakar, Valentin Rosier, Tayfur Bingöl, Mert Günok zədə və cəza üzündən heyətə daxil edilməyiblər.
Fərid
MİA.AZ