“TRT Haber”in Qəzzadan canlı yayımına İsrail əsgərləri müdaxilə edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə elə yayımda TRT Haber-in müxbirləri məlumat veriblər.
Onlar kameraları söndürmədən İsrail əsgərlərinin hərəkətlərini canlı yayıma veriblər.
Xanlı yayımdan görünür ki, əsgərlər kamera kabelini çəkərək obyektivin qarşısına lövhə qoyublar. Bununla yanaşı, hərbçiər müxbir Merve Günəş və operator Deniz Kahramandan kameranı söndürmələrini tələb ediblər. Hərbçilər həmçinin yarımsaatdan çox onların ərazini tərk etmələrinə icazə verməyib.
Müxbir Merve Güneş heç bir problem olmadan keçid məntəqələrini keçdiklərini və bölgəyə getdiklərini söyləyərək, hərbçilərin bu hərəkətini anlaşılmaz sayb: "Hazırda savaşın getdiyi qəsəbənin xaricindəyik. Burada İsrail əsgərləri bizə qarşı elə davranırlar ki, guya biz qanunsuz bir iş görürük”.
Xatırladaq ki, İsrail əsgərləri jurnalistləri yarım saatdan çox gözlətdikdən sonra ərazidən uzaqlaşdırıb.
Tahir
MİA.AZ