Super Liqanın 10-cu həftəsində "Trabzonspor" səfərdə "Fatih Karagümrük"lə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qara dəniz" komandası səfərdən bir xalla dönüb.
Məlumata görə, meydan sahiblərinin heyətində Güvən Yalçının 38-ci dəqiqədə vurduğu qol oyundankənar vəziyyət səbəbindən hesaba alınmayıb.
"Trabzonspor"un isə 83-cü dəqiqədə Paul Onuacunun qolu ilə hesabı açıb. Lakin hakm bu dəfə qonaq komandanın qolunu qapıçı Əmrə Bilginə qarşı kobud oyuna görə ləğv edib.
Beləliklə, oyun 0-0 heabı ilə başa çatıb.
Abdullah vcının komandası bu oyundan sonra 16 xalla 5-ci yerdə qərarlaşıb. "Fatih Karagümrük" isə 10 oyuna 10 xalla 11-ci yerdədir.
Fərid Aslan
MİA.AZ