Superliqada və Avropada çətin günlər keçirən "Beşiktaş"ın əsas hücumçusu Vincent Abubakar xəstəxanaya yerləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, dünən bazadakı məşqdən sonra özünü pis hiss edən futbolçu gecəni Acıbadem Altunizade Xəstəxanasında keçirib: "28 oktyabr 2023-cü il tarixində məşq etdikdən sonra qarın ağrısı və yüksək hərarətdən şikayət edən futbolçumuz Vincent Aboubakar gecəni Acıbadem Altunizade Xəstəxanasında keçirib. Abubakarın diaqnoz və müalicə prosesi davam edir."
Qeyd edək ki, bu mövsüm ağ-qara forma ilə ümumilikdə 18 matça çıxan Aboubakar 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ