Oktyabrın 29-da saat 08:30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub.
Bildirilib ki, şübhəli şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.