“ATV səhər” verilişinin aparıcısı Murad Əzimzadə ATV-dən ayrılıb.
Mia.az xəbər verir ki, bu barədə onun özü sosial mediada açıqlama yayıb.
Bildirib ki, 7 ildən çox layihə rəhbəri və aparıcısı olduğu kanaldan gedib: "ATV-də çalışdığım dönəmdə mənə doğma və əziz olan kollektivin hər bir şəxsinə təşəkkür edirəm. Yeni yolum isə "Space" televiziyasında "Səhərin statusu" layihəsindən keçəcək".
Ləman
MİA.AZ