UEFA Avropa Konfrans Liqası H qrupunun üçüncü həftəsində "Fənərbaxça"ya 3:1 hesabı ilə uduzan "Ludoqorets"in baş məşqçisi Georgi Dermendjiev maraqlı açıqlamalar veriib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında danışan Dermendjievin sözlərinə görə, "Fənərbağça" çox yaxşı komandadır: ""Fənərbağça" əla komandadır. Amma siz məni tanıyırsınız, mən həmişə mükəmməl və cəsarətli oyun oynamışam. Bu gün daha yaxşı matç oynaya bilərdik. "Ludoqorets"dəki bir çox oyunumuza yəqin baxmısınız. Mən "Ludoqorets"in başındaykən, "Liverpul"a, "Real Madrid qarşı necə oynayırıqsa, onlardan belə üstün oyun oynadıq. Bu gün də üstün oynadıq. 3-1 bizim üçün pis oldu, 2-1 də çoxdur. Məncə, bərabər oyun oynadıq”.
Fərid
MİA.AZ