Türkiyənin futbol üzrə milli oyunçusu, hazırda "Ankaraspor”da forma geyinən futbolçu Sedat Yüce dənizdə boğularaq ölüb. 

ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, Antalya vilayəti Alanya rayonunun Konaklı məhəlləsindəki otellərdən birinin çimərliyində 3 dostu ilə birlikdə dənizə girən futbolçu bir anda dalğaların arasında yoxa çıxıb.

Dərhal hadisə yerinə xilasedicilər və jandarm birlikləri cəlb olunub. Gənc futbolunun axtarışları nəticə verməyib. Bildirilib ki, havanın qaralması və dənizin dalğalı olması səbəbindən axtarış işləri səhər davam edəcək. 

Futbol həyatına Amasyada başlayan və daha sonra "Samsunspor”un həvəskar liqasında davam edən Sedat Yüce sonda "Ankaraspor”a transfer olmuşdu. 

Futbolçu ötən il "Akdeniz” olimpidasında 19 yaşından kiçiklər üzrə futbol yığmasında Türkiyənin milli formasını geyinmişdi.

Türkiyə Futbol Federasiyası (TFF) gənc futbolçunun ölümü səbəbilə rəsmi internet saytında başsağlığı mesajı yayıb. 

Allah rəhmət eləsin.