Türkiyə millisi FİFA-nın reytinqi sıralamasında 4 pillə yüksəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xorvatiya və Latviya üzərində qazandıqları qələbələrdən sonra 2024-cü il Avropa Çempionatının finalında mübarizə aparmağa vəsiqə qazanan Türkiyə yığması hazırda 38-ci yerdə qərarlaşıb.

Oktyabr ayı üzrə Türkiyə 1498 xal toplayaraq ən çox xal toplayan ölkə olub.

FİFA-nın saytında dərc olunan reytinqdə ilk beş ölkə bu ay dəyişməz qalıb:

1 Argentina 1861,29 

2 Fransa 1853.11 

3 Braziliya 1812.20 

4 İngiltərə 1807,88
 
5 Belçika 1793,71 

6 Portuqaliya 1739,83 +2

7 Hollandiya 1739,26 

8 İspaniya 1725,97 +2

9 İtaliya 1717,81 

10 Xorvatiya 1711,88 -4

Yeri gəlmişkən, Azərbaycan yığması 1155.91 xalla 120-ci sırada qərarlaşıb.

Fərid

MİA.AZ