Bu gün UEFA Avropa Liqasının qrup oyunları çərçivəsində "Qarabağ" Almaniyada "Bayer 04"lə qarşılaşıb.
Mia.az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində almanların oyunçusu Cirtz heabı açıb - 1:0
"Qarabağ" bu qola 16-cı dəqiqədə penalti ilə cavab verib.
Toral Bayramov penaltini dəqiq yerinə yetirib - 1:1
29-cu dəqiqədə Qrimaldo hesabı dəyişib - 2:1.
35-ci dəqiqədə almanlar daha bir qol vurublar - 3:1.
55 və 58-ci dəqiqələrdə "Bayer" daha iki qola imza atıblar - 5:1.
Oyun bu hesabla baaşa çatıb.
Beləliklə, "Bayer" xalını 9-a çatdırıb.
"Qarabağ" 6 xalla 2-ci yerdədir.
Onu da qeyd edək ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
"Bayer 04": 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral bayramov, 18. Juninyo Olavio
Qeyd edək ki, bu gün "Bay Arena"da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.