"Mançester Yunayted" "Fənərbağça"dan Altay Bayındırı heyətinə qatsa da, deyəsən, qapını ona etibar etmək niyyətində deyil.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Mançester Yunayted" keçmiş qapçısı David De Xeanı yenidən heyətinə qatmaq qərarına gəlib.

Məlumata görə, bu transfer rəsmiləşərsə, o halda türk qapçı 3-cü qapıçı statusuna yuvarlanacaq.

"The Sun"un xəbərinə görə, "Mançester Yunayted" mövsümün əvvəlində yeni müqavilə ilə bağlı razılığa gələ bilməyən David De Xea ilə yollarını ayırıb.

Xatırladaq ki, komandanın hazırkı qapçısı Andre Onana Afrika Kubokuna gedəcəyi üçün "Mançester Yunayted" David De Xean transferinəd israrçı olduğu deyilir.

Fərid

MİA.AZ