Bu gün UEFA Avropa Konfransı Liqası D qrupunun 3-cü matçında "Beşiktaş" Norveç təmsilçisi Bodo Qlimtin qonağı olacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aspmira stadionunda Bakı vaxtilə saat 23.00-da başlayacaq qarşılaşmanı Serbiya Futbol Federasiyasından hakim Nenad Minakoviç idarə edəcək. Minakoviçin köməkçiləri eyni ölkədən Svetozar Zivin və Nikola Boroviç olacaq.
Qrupda hələ qələbə qazana bilməyən iki komandanın qarşılaşmasında qalib gələn tərəf ilk 3 xalı qazanacaq.
"Kartal"da oyuna 5 itki ilə çıxacaq. Valentin Rozier, Daniel Amartey, Tayfur Bingöl, Salih Uçan və Eric Bailly bu oyunda heyətə daxil edilməyiblər.
"Beşiktaş"ın ilk 11-i belə olacaq: Mert, Onur, Necip, Colley, Masuaku, Amir, Gedson, Oxlade-Chamberlain, Ghezzal, Rashica, Abubakar.
Fərid
MİA.AZ