Bakıda gözəllik salonunda törədilən qətllə bağlı cinayət işi açılıb.
Mia.az Xətai rayon prokurorluğuna istinadla bildirir ki, oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Bakıda keçmiş həyat yoldaşını öldürən şəxs tutulub.
DİN-in mətbuat xidmətindən Mia.az-a bildirilib ki, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək təslim olub.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.