Çempionlar Liqasının "Qalatasaray"ın öz meydanında "Bavariya"ya 3:1 hesabı ilə uduzduğu oyunda akreginatlı hücumçu Mauro İkardi iynə gücünə meydanda olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray" klubunun həkimi Yener İnce deyib.
O bildirib ki, İkardi "Bavariya" matçında iynə ilə oynayıb: "Vəziyyəti çox ağır idi. Onu əməliyyata hazırlayırdıq. Lakin oynamaq istədiyinə israr elədi. Məcbir iynə vurduq və o, bu iynənin hesabına çıxıb oynadı".
Həkimin sözlərinə görə, İkardinin zədəsi ciddidir: "O, əməliyyat olunmalıdır"
Fərid
MİA.AZ